Ağsu meşələrindəki yanğın məhdudlaşdırılıb

Ağsu meşələrindəki yanğın məhdudlaşdırılıb
  28 İyul 2018    Oxunub:4824
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Qırlar kəndi yaxınlığında meşəətrafı ərazidə yanğının baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AzVision.az-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri dərhal alovun söndürülməsi işlərinə cəlb olunub. İlkin məlumata görə, bələdiyyəyə məxsus ərazidə 2 hektar biçilmiş taxıl sahəsi və 0,5 hektar sahədə kol-kos yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Ərazi mürəkkəb relyefdə yerləşdiyi üçün yanğınsöndürmə işlərində əsasən əl əməyindən istifadə olunur. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti