Həsən Məmmədovun 80 illiyi qeyd olunacaq

Həsən Məmmədovun 80 illiyi qeyd olunacaq
  30 İyul 2018    Oxunub:2623
Prezident İlham Əliyev xalq artisti Həsən Məmmədovun anadan olmasının 80 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Qeyd olunub ki, 2018-ci ilin noyabr ayında Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq Artisti Həsən Məmmədovun anadan olmasının 80 illiyi tamam olur. Həsən Məmmədov Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmlərdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində canlandırdığı surətlərlə ölkənin mədəniyyət xəzinəsini zənginləşdirib.

Sərəncama əsasən Həsən Məmmədovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

AzVision.az



Teqlər: Həsən-Məmmədov   Xalq-artisti  





Xəbər lenti