“MDB məkanında ən ucuz qiymət bizdədir” - Bakı Metropoliteni

“MDB məkanında ən ucuz qiymət bizdədir” - Bakı Metropoliteni
  31 İyul 2018    Oxunub:7129
Metroda bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir.

AzVision.az xəbər verir ki, bunu "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisi bildirib ki, bu, MDB ölkələrində ən aşağı rəqəmdir: "Metroda gediş haqqı Belarusda 55 qəpik, Kiyevdə 47-50 qəpikdir. Rusiyada isə dəfələrlə bahadır. Hazırda MDB məkanında ən ucuz qiymət bizdədir".

Qeyd edək ki, avqustun 1-dən etibarən metroda gediş haqqı 30 qəpik olacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Metro  





Xəbər lenti