Metroda kondisioner məsələsinə aydınlıq gətirildi

Metroda kondisioner məsələsinə aydınlıq gətirildi
  31 İyul 2018    Oxunub:4058
"Praktiki olaraq köhnə vaqonlara kondisioner quraşdırılması mümkün deyil"

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Qurum rəsmisi bildirib ki, köhnə vaqonlar istismar müddətini başa vurduqdan sonra yeniləri ilə əvəz olunur. "Bir vaqonun istismar müddəti 31 ildir. İstismar müddəti bitənlər yeniləri ilə əvəzlənir. Əsas məqsəd sərnişinlərin rahatlığını təmin edən vaqonların alınaraq istismara verilməsidir".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Metro   Qatar   Vaqon  





Xəbər lenti