Dövlət vergi orqanlarına işə qəbul başa çatıb
Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçirilən müsabiqənin 2-ci mərhələsində namizədlərlə müsahibə keçirilib. Müsahibə hər bir namizədlə fərdi qaydada aparılıb və ümumi dünyagörüşü, şəxsi keyfiyyətləri, vergi orqanlarında xidmətə yararlı və layiqli olub-olmaması yoxlanılıb. Müsahibə mərhələsini 88 nəfər müvəffəqiyyətlə keçib.
Bundan əlavə, Vergilər Nazirliyi və Təhsil Nazirliyi arasında imzalanan Əməkdaşlıq Memorandumuna və “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə görə “sürətli işə qəbul” proqramı çərçivəsində SABAH qruplarında və Dövlət Proqramı çərçivəsində xaricdə müvafiq ixtisaslarda təhsil almış vətəndaşlar dövlət vergi orqanlarına işə qəbulla bağlı test imtahanı mərhələsindən azad olunaraq birbaşa müsahibə mərhələsində iştirak ediblər.
Test imtahanından azad olunmaqla müsahibə mərhələsində iştirak etmiş 106 nəfər namizəddən 44 nəfər, ümumilikdə isə 132 nəfər müsahibə mərhələsində müvəffəqiyyət qazanaraq kadr ehtiyatına daxil edilib.
AzVision.az
Teqlər: Vergilər-Nazirliyi