Naxçıvan Dövlət Nəqliyyat Xidməti yaradılıb

Naxçıvan Dövlət Nəqliyyat Xidməti yaradılıb
  31 İyul 2018    Oxunub:6696
Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin yaradılması haqqında fərman imzalayıb.
AzVision.az-ın məlumatına görə, fərmanla avtomobil nəqliyyatı sahəsində idarəetməni təkmilləşdirmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti yaradılıb.

Ali Məclis Sədrinin həmin Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti haqqında Əsasnamə” və “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidmətinin strukturu” təsdiq edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

AzVision.az


Teqlər: Naxçıvan   Nəqliyyat  





Xəbər lenti