Alt paltarında heroin keçirmək istədi

Alt paltarında heroin keçirmək istədi
  02 Avqust 2018    Oxunub:3567
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, yoxlama nəticəsində, xanım vətəndaşın alt paltarında gömrük nəzarətindən gizlədilmiş narkotik vasitələr və psixotrop maddə aşkar edilib.

Aşkar edilən narkotik vasitələr - 1 bükümdə xalis çəkisi 619,1 qram heroin və 1 bükümdə 10 ədəd metadon adlı həb, psixotrop maddə isə 1 bükümdə xalis çəkisi 41,794 qram metamfetamindən ibarət olub.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na, metamfetamin isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

AzVision.az


Teqlər: DGK   Narkotik  





Xəbər lenti