Gömrükdən gizlədilən telefonlar aşkarlandı

Gömrükdən gizlədilən telefonlar aşkarlandı
  03 Avqust 2018    Oxunub:3269
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin "Samur" gömrük postunda Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Astra" markalı avtomobilə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən xəbərə görə, yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ön şüşəsilənlərinin alt hissəsindəki boşluqda, qutuları və aksesuarları ("qulaqcıq"lar, adapterlər) ilə birlikdə 2 ədəd "Samsung Galaxy A3" markalı mobil telefon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DGK  





Xəbər lenti