"Qoşa Təpə"də pilot layihəyə başlanılıb

"Qoşa Təpə"də pilot layihəyə başlanılıb
  03 Avqust 2018    Oxunub:3210
Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda "bir pəncərə" sistemini təkmilləşdirmək məqsədilə pilot layihə həyata keçirir.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov məlumat verib.

İdarə rəisi bildirib ki, "Qoşa Təpə" gömrük postunda bir aya yaxın müddət ərzində "bir pəncərə" sistemini təkmilləşdirmək üçün "bir inspektor - bir nəqliyyat vasitəsi" layihəsinə başlanılıb.

"Layihənin mahiyyəti ondan ibarətdir ki, burada vətəndaş bir inspektor ilə təmasda olur. Belə ki, digər gömrük postlarında tətbiq edilən "bir pəncərə" sistemində bir neçə şəxs öz sahələri üzrə vətəndaşa xidmət göstərirsə, "Qoşa Təpə" gömrük postunda bir şəxs bütün sahələr üzrə bir vətəndaşa xidmət göstərir".

A.Abbasov qeyd edib ki, tətbiq edilən pilot layihə nəticəsində bir şəxsin "bir pəncərə" sistemindən keçmə müddəti 5 dəqiqəyədək azalıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DGK   Gömrük  





Xəbər lenti