“Dəniz kuboku-2018”-in ikinci mərhələsi - FOTO+VİDEO

“Dəniz kuboku-2018”-in ikinci mərhələsi - FOTO+VİDEO
  03 Avqust 2018    Oxunub:5632
“Dəniz kuboku-2018” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri “Gəminin davamlılığı uğrunda mübarizə” üzrə yarışda “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodunu yerinə yetiriblər.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Ekipajlar bu epizodda gəminin təhlükəsizliyinin təmin edilməsi, həmçinin gəminin xilas olunması üzrə bacarıq və vərdişlərini nümayiş etdiriblər. Komandalar növbəti gün “Xilasetmə vasitələrinin istifadəsi” epizodunu yerinə yetirəcəklər.







AzVision.az



Teqlər: Mn   Dəniz  





Xəbər lenti