Bu il "Qoşa Təpə"də narkotiklə bağlı 84 fakt aşkarlanıb

Bu il "Qoşa Təpə"də narkotiklə bağlı 84 fakt aşkarlanıb
  03 Avqust 2018    Oxunub:3600
May ayından indiki dövrə qədər Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda narkotik vasitə və psixotrop maddələrlə bağlı 46 cinayət faktı qeydə alınıb.
AzVision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin rəisi Musa Mirzəli deyib. Rəis bildirib ki, yanvar-may ayı ərzində isə narkotik vasitələrin və psixotrop maddələrin qaçamaqlçılığı ilə bağlı 38 fakt aşkarlanıb.

"Beş ayda 38 cinayət faktı qeyd alındığı halda may ayından indiki dövrə qədər 46 cinayət faktı qeydə alınıb". M.Mirzəli qeyd edib ki, təkcə iyul ayında 19 fakt aşkar edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DGK   Gömrük  





Xəbər lenti