İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyev Putinə başsağlığı verdi
  04 Avqust 2018    Oxunub:7740
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.
AzVision.az xəbər verir ki, dövlətimizin başçısı məktubda “Mi-8” helikopterinin Krasnoyarsk diyarında qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbərin onu dərindən kədərləndiyini bildirib.

Prezident İlham Əliyev Prezident Vladimir Putinə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib.


AzVision.az


Teqlər: İlham-Əliyev   Rusiya  





Xəbər lenti