Küçədə yaşayan eks-iş adamı yenidən xəstəxanaya yerləşdirildi

Küçədə yaşayan eks-iş adamı yenidən xəstəxanaya yerləşdirildi
  04 Avqust 2018    Oxunub:3745
Vaxtilə iş adamı olmuş, ailəsi tərəfindən tərk edildiyindən səfil kimi yaşayan Akif Əliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicəsi uğurla davam edir.
AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı məlumat verib. Nazirlik rəsmisi Akif Əliyevin səhhəti ilə maraqlanmaq üçün xəstəxanada ona baş çəkib:

"Xəstəxanada onu ziyarət etdik. Akif müəllimin ən böyük arzusu tezliklə sağalaraq övladlarına qovuşmasıdır".

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Akif Əliyev xəstəxanaya yerləşdirilsə də ordan getmişdi.

AzVision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti