İsmayıllıda ağır qəza: Ölən və yaralılar var

İsmayıllıda ağır qəza: Ölən və yaralılar var
  06 Avqust 2018    Oxunub:2835
Avqustun 5-də saat 18 radələrində İsmayıllı rayonunun İvanovka kəndi ərazisində kənd sakini Vasiliy Kazakov idarə etdiyi “UAZ-69” markalı avtomobili dərəyə aşırıb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, nəticədə V.Kazakovun sərnişinlərindən həmkəndlisi Vladimir Skokov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir. İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti