Polis çayda boğulan şəxsi xilas etdi
“Özünün də boğulmaq təhlükəsi olsa da buna baxmayaraq palçıqlı suya atıldı və hərəkətsiz halda olan qardaşımı oradan çıxardı. Ona süni nəfəs verdi, ilkin tibbi yardım göstərdi, polis əməkdaşı qardaşımı həyata qaytardı. Biz buna görə ona çox minnətdarıq”
Polis əməkdaşı isə bunu sadəcə vəzifə borcu hesab edir. “Yaxınlıqda xidmət aparırdım. Bu vaxt səs-küy eşitdim və çayda bir nəfər kənd sakininin batdığını dedilər. Ətrafdakılar cəhd etsələr də onu çıxara bilməmişdilər. Çayın həmin hissəsində su qalıb lillənib, palçıq artdığından bataqlığa çevrilib. Tərəddüd etmədən dərhal köməyə tələsdim və hərəkətsiz halda bataqlığın dibinə çökmüş Ramil Mirzəyevi çaydan çıxardım. İlkin tibbi yardım göstərib çağırışa gələn təcili tibbi yardım əməkdaşlarına təhvil verdim. Sonradan eşitdim ki, əgər o bir az da palçıqlı suda qalsaydı həyatını itirə bilərmiş. Bir insanın həyatını xilas edə bildiyim üçün əlbəttə çox sevindim. Amma əslində mən bunu vəzifə borcum kimi qiymətləndirirəm.”
AzVision.az