ABŞ-da nə qədər azərbaycanlı yaşayır?

ABŞ-da nə qədər azərbaycanlı yaşayır?
  07 Avqust 2018    Oxunub:3481
2017-ci ilin statistik göstəricilərinə görə, ABŞ-da başqa ölkələrdə anadan olmuş 49 milyon 780 min nəfər yaşayır.
Keçmiş SSRİ respublikalarından ABŞ-a mühacirət edənlərin arasında Rusiya liderlik edir. Bu ölkədən okeanın o tayına 420 min nəfər köçüb. İkinci yeri 380 min nəfərlə Ukrayna tutur. Ermənistandan ABŞ-a 90 min adam köç edib.

Digər yerlər belə bölüşdürülüb:

Özbəkistan – 60 min nəfər

Belarus – 60 min nəfər

Moldova – 40 min nəfər

Litva – 40 min nəfər

Qazaxıstan – 30 min nəfər

Gürcüstan – 30 min nəfər

Latviya – 20 min nəfər

Azərbaycan – 20 min nəfər

Estoniya – 10 min nəfər

Qırğızıstan, Tacikistan və Türkmənistan – 10 min nəfərdən az

Beləliklə, keçmiş SSRİ Birləşmiş Ştatlara 1,22 milyon nəfər yeni vətəndaş “bəxş edib”.

ABŞ-a ən çox köçənlər meksikalılardır – 12,6 milyon nəfər. Sonrakı yerləri Çin (2,4 milyon nəfər) və Hindistan (2,3 milyon nəfər) tutur.

AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti