Sülh Platforması Gürcüstanda dövlət qeydiyyatından keçib

Sülh Platforması Gürcüstanda dövlət qeydiyyatından keçib
  07 Avqust 2018    Oxunub:2328
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Reyestrinin Milli Agentliyində qeydiyyatdan keçərək, qeyri-kommersiya hüquqi şəxs statusuna alıb.
Bu barədə AzVision.az-a Platformanın mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, 2017-ci ildə Ermənistan-Azərbaycan Sülh Platformasının bazasında yaradılan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ictimai dəstəyin təşkili, Ermənistan və Azərbaycan hökumətlərinin Ermənistan və Azərbaycan arasında ədalətli sülhün yaradılması və dəstəklənməsinə yönələn fəaliyyətində dəstək vermək və regionda sülhün və təhlükəsizliyin təmin olunmasına töhvə verməyə hazır olan hər kəsə şərait yaratmaqdır.


AzVision.az



Teqlər: Sülh-Platforması   Qarabağ  





Xəbər lenti