Bakıda binaların girişləri təmir edilir

Bakıda binaların girişləri təmir edilir
  07 Avqust 2018    Oxunub:2264
Bakı şəhərində sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə başlanıb.
Bakı Şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, ölkə başçısının tapşırıqlarına uyğun olaraq, paytaxtın bütün rayonlarında sosial əhəmiyyətli, sakinlərin məişət şəraitinin, yaşayış və istirahətinin yaxşılaşdırılmasına yönəldilən layihələrin icrasına başlanıb.

İlk növbədə, çoxmənzilli yaşayış binalarının girişlərinin, ümumi istifadə yerlərinin, fasadların təmiri, yeni Abad həyət və məhəllələrin yaradılması, burada vətəndaşların istirahəti üçün müvafiq şərait yaradılaraq onların yeni səviyyəyə çatdırılması işləri aparılır. Əsas məqsəd paytaxtın infrastrukturunu daha da təkmilləşdirərək yeniləşdirmək, şəhərimizi daha da gözəlləşdirməkdir.

Görülən işlərə nəzarət Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

AzVision.az


Teqlər: BŞİH   Bina  





Xəbər lenti