Ramil Usubov Şəkidə vətəndaşları qəbul edəcək

Ramil Usubov Şəkidə vətəndaşları qəbul edəcək
  07 Avqust 2018    Oxunub:2791
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov avqustun 25-də saat 10:00-da Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərini Şəki Şəhər Rayon Polis Şöbəsində qəbul edəcək.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

AzVision.az


Teqlər: DİN   Ramil-Usubov  





Xəbər lenti