Naxçıvana 6 ayda 196 minə yaxın turist gəlib

Naxçıvana 6 ayda 196 minə yaxın turist gəlib
  08 Avqust 2018    Oxunub:2293
2018-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 195 min 886 turist gəlib ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin məlumatında bildirilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən 2018-ci ilin iyul ayında turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər görülüb.

Anar Kəlbiyev
AzVision.az





Teqlər: Naxçıvan   Turizm  





Xəbər lenti