Tərtər sakinlərindən narkotik götürülüb

  09 Avqust 2018    Oxunub : 1862
Tərtər sakinlərindən narkotik götürülüb
Daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə, kultivasiyasına qarşı mübarizə istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az-a verilən məlumata görə, avqustun 8-i daxil olmuş məlumat əsasında Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Buruc kənd sakinləri Rasim Şahsuvarov və Müşfiq Əliyev saxlanılıb. R. Şahsuvarova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 23 ədəd çətənə kolu və 7.498 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.



M. Əliyevin evinə baxış keçirilən zaman isə 8.648 qram qurudulmuş marixuana, 511.96 qram tiryək və 26.125 heroin də aşkar edilərək götürülüb. Maddi sübutlar ekspertizaya təhvil verilib.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



AzVision.az

Teqlər: DİN   Narkotik