XİN: İndoneziyada ölənlər arasında azərbaycanlı yoxdur
Onun sözlərinə görə, avqustun 6-da həmin ərazidə baş vermiş zəlzələdə həlak olan və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb: "İndoneziya dövlət qurumları tərəfindən zəlzələ zonasında olan əcnəbi vətəndaşlara müvafiq yardım və dəstək göstərilir.
Turizm və ya digər məqsədlə hazırda zəlzələ zonasında olan və xüsusi yardıma ehtiyacı olan Azərbaycan Respublikası vətəndaşları +62 812 89796665 (Nəsibov Ruslan) qaynar xətti ilə ölkəmizin İndoneziyadakı səfirliyi ilə əlaqə saxlaya bilərlər".
AzVision.az
Teqlər: XİN