Bakıda ağır qəza: 2 ölü

Bakıda ağır qəza: 2 ölü
  09 Avqust 2018    Oxunub:2594
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, hadisə avqustun 8-də saat 23 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakinləri Kamran Muradov idarə etdiyi “TOFAŞ” markalı avtomobili yolun kənarında dayanmış Ziya Dövlətovun idarə etdiyi “Hyundai HD” markalı avtomobilə vurub. Xəstəxanaya yerləşdirilmiş hər iki sürücü orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti