Qanunsuz tikililərlə bağlı statistika: 111 milyon ziyan dəyib
O qeyd edib ki, bu işlər üzrə zərərçəkmiş şəxslərin sayı 4072 nəfər, dəymiş ziyanın cəmi məbləği isə 111 625 710 manat olub: “Bu məbləğdən 48 milyon 820 min 28 manat ödənilib, 29 milyon 691 min 397 manatlıq əmlak üzərinə həbs qoyulub”.
O bildirib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında istintaq edilən cinayət işlərinin sayı 16, təqsirləndirilən şəxslərin sayı 20, zərərçəkmiş şəxslərin sayı isə 812-dir: “Bu şəxslərə dəymiş ziyanın məbləği 40 milyon 399 min 365, ödənilən ziyanın cəmi məbləği 30 milyon 60 min 824, əmlak üzərinə qoyulan həbs 6 milyon 12 min 367 manatdır.
İdarə rəisi tikinti sahəsi ilə bağlı ən çox qanun pozuntusuna yol verən rayon adlarını da açıqlayıb. O deyib ki, cinayət işləri ən çox Xətai və Yasamal rayonları ilə bağlıdır, digər rayonlar isə Nərimanov, Binəqədi, Suraxanı, Abşeron, Nəsimi və Qaradağdır.
Anar Kəlbiyev
Foto Elvin Abdulla
AzVision.az
Teqlər: Kamran-Əliyev Tikinti Korrupsiya