Sabirabad sakinini aldadıb maşınını aldılar

Sabirabad sakinini aldadıb maşınını aldılar
  10 Avqust 2018    Oxunub:2472
İyulun 24-də Şirvan şəhəri ərazisində naməlum şəxs Sabirabad rayon sakini Faiq Abbasəliyevi aldadaraq “Lada Granta” markalı avtomobilini ondan alıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin Salyan şəhərinin ərazisində hərəkətdə olması müəyyən edilib və məlumat aidiyyəti üzrə ötürülüb.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Elnur Bədəlov saxlanılıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti