Komitə Türkiyədə yaşayan azərbaycanlılara müraciət edib

Komitə Türkiyədə yaşayan azərbaycanlılara müraciət edib
  10 Avqust 2018    Oxunub:2604
1990-cı illərdə Azərbaycan Respublikasından Türkiyə Respublikasına köçən və hazırda Türkiyə ərazisində müvafiq sənədləri olmadan yaşayan Azərbaycan Respublikası vətəndaşları şəxsiyyətlərini təsdiq edən sənədləri əldə etmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə elektron formada müraciət edə bilərlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən xəbərə görə, həmin kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarından xahiş olunur ki, bu elektron ünvan vasitəsilə mövcud problemlərini müvafiq qurumlara çatdırsınlar- https://azvision.az/redirect.php?url=http://www.bpqmi.gov.az/?/az/requestdoc/

Elektron müraciətlərlə bağlı əlavə məlumat əldə etmək istəyənlər aşağıdakı nömrələrlə də əlaqə saxlaya bilərlər:

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi (+994 12) 590-64-43 / 590-64-31 / 590-64-32 / 590-64-33 Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi – (+994 12) 493-10-54 (daxili 220)

AzVision.az


Teqlər: Komitə   Türkiyə  





Xəbər lenti