“Siyasi-diplomatik dialoq Qarabağın həllində ən konstruktiv yoldur” - Rəhmon

“Siyasi-diplomatik dialoq Qarabağın həllində ən konstruktiv yoldur” - Rəhmon
  10 Avqust 2018    Oxunub:2447
“Biz Cənubi Qafqazda cərəyan edən proseslər üzrə fikir mübadiləsi də apardıq. Biz mövcud ziddiyyətlərin və münaqişələrin hamılıqla tanınan beynəlxalq normalar və meyarlar çərçivəsində sülh yolu ilə həlli prinsipinə qəti sadiqliyimizi ifadə edirik. Bizim əqidəmizə görə, siyasi-diplomatik dialoq Dağlıq Qarabağ kimi çətin problemin həllində ən konstruktiv yoldur”.
AzVision.az xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıda Azərbaycan Prezidenti İlham Əlyevlə birgə mətbuata bəyanatlarla çıxış edərkən bildirib. O, qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı mədəni-humanitar əlaqələrin inkişafı məsələlərinə müvafiq diqqət ayrıldı.

“Təhsil, elm, mədəniyyət, incəsənət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi qeyd olundu. Bütövlükdə demək istərdim ki, biz baş tutan dialoqdan razı qaldıq. Əminəm ki, bugünkü danışıqların nəticələri ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq. Bunlar son on ildə ilbəil yeni praktik məzmunla zənginləşən uğurlu qarşılıqlı fəaliyyət üçün əlavə şərait və zəmin yaradır.

İmkandan istifadə edərək, qeyd etmək istərdim ki, Tacikistan öz tərəfindən xalqlarımızın rifahı naminə bizim dövlətlərarası münasibətlərimizin hərtərəfli inkişaf etməsi, möhkəmlənməsi üçün var qüvvəsini sərf edəcək. Əminəm ki, bu gün gördüyümüz iş bizim çoxşaxəli tərəfdaşlığımızın daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək”.


AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti