Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkarlanıb
  10 Avqust 2018    Oxunub:2436
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, reyd zamanı İsmayıllı rayonu Qalacıq kəndi ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 8,48 m3 həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı sexin sahibi Elnur Seyidov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 1264,11 manat məbləğində ziyan tətbiq edilib.

AzVision.az


Teqlər: ETSN  





Xəbər lenti