“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib
  10 Avqust 2018    Oxunub:3488
Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, qanunun 10.19-cu maddəsində “10 manat” sözləri “20 manat” sözləri ilə əvəz edilib. Beləliklə, 1 yanvar 2019-cu ildən etibarən Ədliyyə Nazirliyi tərəfindən göstərilən icra qeydinin aparılması xidmətinə görə rüsum 20 AZN təşkil edəcək.

Qeyd edək ki, borclunun olduğu yer üzrə notariuslar borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparırlar.

Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam  





Xəbər lenti