2 tona yaxın narkotik məhv edilib

2 tona yaxın narkotik məhv edilib
  11 Avqust 2018    Oxunub:2816
Xaş - xaş 2018 tədbirlər planına uyğun olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin və İsmayıllı RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq məhv edilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Xanagah kəndi ərazisində yabanı halda bitən ümumi çəkisi 1ton 260 kiloqram olan 1733 ədəd , eləcə də Cülyan kəndi ərazisində ümumi çəkisi 520 kiloqram olan 462 ədəd narkotik tərkibli çətənə bitki kolları aşkar edilərək yandırılma yolu ilə məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti