Rəhmonun Bakıya səfəri başa çatdı

Rəhmonun Bakıya səfəri başa çatdı
  11 Avqust 2018    Oxunub:3989
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına rəsmi səfəri avqustun 11-də başa çatıb.
AzVision.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.



Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.





AzVision.az


Teqlər: Prezident   Tacikistan  





Xəbər lenti