Vəhşi quşu qanunsuz saxlayan şəxs cərimələndi

Vəhşi quşu qanunsuz saxlayan şəxs cərimələndi
  13 Avqust 2018    Oxunub:2138
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reyd keçirilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, reyd zamanı Oğuz rayonu Kərimli kəndi ərazisində kənd sakini Elçin Babayevdə qanunsuz olaraq təbiətdən götürülən, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil olan Qara çalağan quşu aşkar edilib.

Faktla bağlı E. Babayev barəsində protokol tərtib olunub və o, inzibati qaydada 500 manat məbləğində cərimə edilib.

Qara çalağan quşu götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib. Quş reabilitasiya dövrü keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

AzVision.az


Teqlər: ETSN   Qanunsuz  





Xəbər lenti