Universitetlərə ixtisas seçimi başa çatır

Universitetlərə ixtisas seçimi başa çatır
  13 Avqust 2018    Oxunub:2000
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi iyulun 30-da başlayıb və bu gün saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən AzVision.az-a verilən məlumata görə, ixtisas seçimi etmək sadə bir prosesdir və hər bir abituriyent bunu özü edə bilər. Bunun üçün hər hansı bir şəxsə müraciət etməyə ehtiyac yoxdur.

Qeyd edək ki, müsabiqəyə buraxılan abituriyentlərin sayı I qrup üzrə 16649, II qrup üzrə 11698 , III qrup üzrə 14143, IV qrup üzrə 4079, V qrup üzrə isə 3786 nəfərdir. 13 avqust saat 10:00-a olan məlumata əsasən, ixtisas seçimi edib ərizəsini təsdiq edənlərin sayı I qrup üzrə 14392, II qrup üzrə 10829, III qrup üzrə 12185, IV qrup üzrə 3548, V qrup üzrə isə 3538 nəfərdir. Ümumilikdə, 714 nəfər ixtisas seçimi etsə də, ərizəsini təsdiq etməyib.

Abituriyentlərə qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməyi və ixtisas seçimi edib ərizələrini təsdiq etməyi tövsiyə edirik. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

AzVision.az


Teqlər: DİM   Bakalavr  





Xəbər lenti