DYP Daşkəsəndə reyd keçirib

DYP Daşkəsəndə reyd keçirib
  13 Avqust 2018    Oxunub:2236
Daşkəsən Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi və 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “təmiz hava” aylığı çərçivəsində Daşkəsən şəhərində nəqliyyatın sıx olduğu yerlərdə reyd keçirilib.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən AzVision.az-a məlumata görə bu cür reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır. Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi və ETSN-nin əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Bununla yanaşı dəfələrlə maarifləndirici işlər, qanunamüvafiq digər tədbirlər görülməsinə baxmayaraq reyd zamanı sürücülük hüququ olmadan avtomobil idarə edərək həm nəqliyyatın həm də piyadaların hərəkəti üçün təhlükə törədən sürücülər aşkarlanıb. Eyni zamanda sərnişindaşıma və digər kobud qayda pozuntularına yol verən sürücülər də müəyyən edilərək barələrində protokol tərtib edilib. Dövlət Yol Polisi və ETSN-nin birgə təşkilatçılığı ilə keçirilən “təmiz hava” aylığı aksiyası avqustun 31-dək davam edəcək.

AzVision.az


Teqlər: DYP  





Xəbər lenti