Süni göldən 20 min zəli oğurlanıb

Süni göldən 20 min zəli oğurlanıb
  13 Avqust 2018    Oxunub:1831
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 8-də rayon ərazisindəki fermaların birindən 10 baş inək oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri - Masallı şəhər sakinləri Namiq Rəhimov və Məhəmmədəjan Tağıyev saxlanılıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, N.Rəhimovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 4 nəfərlə birlikdə avqustun 8-də rayon ərazisindəki süni göllərin birindən 20 000 ədəd zəli, habelə 2 rayon sakininə məxsus 2 baş inəyi oğurlamaları da müəyyən edilib.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti