“Türkiyə iqtisadiyyatı sarsılmazdır”- Rəsmi Bakıdan dəstək

“Türkiyə iqtisadiyyatı sarsılmazdır”- Rəsmi Bakıdan dəstək
  13 Avqust 2018    Oxunub:2441
Azərbaycan Türkiyə ilə iqtisadi münasibətlərinə də xüsusi önəm verir və bu əlaqələrin inkişafına qarşılıqlı sərmayə qoyuluşları, ikitərəfli ticarət, regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində iştirakla öz töhfəsini verməkdədir.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Azərbaycan Türkiyənin iqtisadiyyatına sərmayə qoyuluşlarının davamı ilə yanaşı Türkiyə iqtisadiyyatında yaxından iştirakını davamlı olaraq artırmaqdadır.

“Azərbaycan Türkiyənin öz növbəsində son illər həyata keçirdiyi meqa layihələrin yaxın zamanlarda Türkiyənin və regionun iqtisadiyyatı və təhlükəsizliyinə əlavə imkanlar təmin edəcəyini hesab edir və sarsılmaz Türkiyə iqtisadiyyatının gələcəyinə tam əmindir. Azərbaycan hər zaman olduğu kimi bütün sahələrdə qardaş Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcəkdir”.

AzVision.az



Teqlər: XİN   Türkiyə  





Xəbər lenti