Borca görə axtarışda olan 14 nəfər saxlanıldı

Borca görə axtarışda olan 14 nəfər saxlanıldı
  14 Avqust 2018    Oxunub:1236
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 103 cinayət faktından 18-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə, ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli yeddi fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti