İki qardaş birlikdə quldurluq edib

İki qardaş birlikdə quldurluq edib
  14 Avqust 2018    Oxunub:1179
Avqustun 13-də saat 15 radələrində Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər şəhər sakini R.Şirinovu bıçaqla hədələyib ondan kondisionerlərin qazla doldurulmasında istifadə edilən 2 ədəd balonu alıblar.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Həsənəlizadə və qardaşı İsmayıl saxlanılıblar.

AzVision.az


Teqlər: DİN   Quldurluq  





Xəbər lenti