Xəzərlə bağlı işçi qrupunun növbəti iclası Bakıda keçiriləcək

Xəzərlə bağlı işçi qrupunun növbəti iclası Bakıda keçiriləcək
  14 Avqust 2018    Oxunub:1120
Aktauda keçirilmiş V Xəzər zirvə toplantısında dövlət başçıları tərəfindən qəbul edilmiş kommunikeyə uyğun olaraq Xarici İşlər Nazirliklərinin himayəsi altında Xəzər dənizi üzrə xarici işlər nazirlərinin müavinləri və ya Xəzər dənizi ölkələrinin səlahiyyətli nümayəndələrinin iclası Azərbaycanda keçiriləcəkdir.
Azərbaycan XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev AzVision.az-a bildirib ki, iclas bu ilin payızında baş tutacaq.

Qeyd edək ki, Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov bildirib ki, 5 Xəzəryanı ölkənin dövlət başçılarının tapşırıqlarına və qəbul edilən sənədlərdə müəyyən olunan müddəalara əsasən, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinlərinin görüşü altı aydan gec olmayaraq keçirilməlidir. O, qeyd edib ki, ilk görüş Azərbaycanda keçiriləcək

AzVision.az


Teqlər: XİN  





Xəbər lenti