Nazirlikdən əhaliyə hava xəbərdarlığı

Nazirlikdən əhaliyə hava xəbərdarlığı
  14 Avqust 2018    Oxunub:1335
Sinoptiklər ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a bildiriblər ki, avqustun 15-də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı proqnozlaşdırılır.

AzVision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti