Qohumunun evini yaran şəxs tutuldu

Qohumunun evini yaran şəxs tutuldu
  14 Avqust 2018    Oxunub:1371
Salyan rayonunun Yenikənd kənd sakini olan bir qadın avqustun 11-də rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək üç gün əvvəl evindən 1600 manat dəyərində qızıl-zinət əşyalarının və 100 manat pulun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan AzVision.az-a verilən xəbərə görə, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, Salyan rayonunun Yenikənd kənd sakini, 40 yaşlı Ramil Hüseynov saxlanılıb.



Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızıl-zinət əşyaları satdığı mağazadan maddi sübut kimi götürülüb. Faktla bağlı Salyan RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.


AzVision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti