İtaliyada körpü belə çökdü - 22 ölü (VİDEO)

İtaliyada körpü belə çökdü - 22 ölü (VİDEO)
  14 Avqust 2018    Oxunub:3045
İtaliyanın şimalındakı Genuya şəhərində avtomobil körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. Lakin insidentin böyüklüyü və fəsadları nəzərə alınaraq, ölənlərinin sayının artacağı istisna olunmur.
AzVision.az bildirir ki, bu barədə İtaliyanın “Corriere della Sera” agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.

Qeyd edək ki, bu gün səhər saatlarında Genuya şəhərində avtomobil körpüsünün 200 metrlik hissəsi yüz metr hündürlükdən aşaraq onun altında yerləşən yaşayış evlərinin və dəmiryolunun üzərinə çöküb. İnsident zamanı körpünün üzərində onlarla avtomobil olub. Çökmədən zədələnmiş qaz kəmərindən sızıntısı baş verib və vəziyyət daha təklükəli hal alıb. Hadisə yerində xilasedicilər və kinoloqlar komandası cəlb olunub.

Ekspertlərə görə, körpünün çökməsinə səbəb yeraltı təkanlar ola bilər.









Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İtaliya   Körpü  





Xəbər lenti