Naxçıvanda muzeyləri 47 min nəfər ziyarət edib

Naxçıvanda muzeyləri 47 min nəfər ziyarət edib
  15 Avqust 2018    Oxunub:1131
2018-ci ilin iyul ayına qədər muxtar respublikanın muzeylərini 15 mindən çoxu əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 47 min tamaşaçı ziyarət edib.
AzVision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, bu dövrdə muzeylərə 243 yeni eksponat daxil olub. Muxtar respublika kitabxanalarında 62 tədbir keçirilib, 35 sərgi açılıb. Kitabxanalara yeni oxucu gəlişi 195, müraciət edən oxucuların sayı isə 103 min 40 nəfər olub.

AzVision.az




Teqlər: Naxçıvan   Muzey  





Xəbər lenti