Sürücülər bu yolda diqqətli olsunlar!

Sürücülər bu yolda diqqətli olsunlar!
  15 Avqust 2018    Oxunub:716
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 30-50 km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AzVision.az


Teqlər: Yol   Təmir   AAYDA  





Xəbər lenti