Ermənistanda yüksək rütbəli hərbçi işdən çıxarıldı

Ermənistanda yüksək rütbəli hərbçi işdən çıxarıldı
  15 Avqust 2018    Oxunub:1889
Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi işdən azad edilib.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, prezident Armen Sarkisyanın imzaladığı sərəncama əsasən, 2013-cü ildə Ermənistan Müdafiə Nazirliyinin arxa cəbhə idarəsinin rəisi təyin edilən polkovnik Norayr Yolçyan vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, polkovnik Norayr Yolçyan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın adamı olub. O, Ermənistan ordusunda baş vermiş korrupsiya hallarına görə tez-tez mətbuatın gündəmində olub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti