Azərbaycan əhalisinin sayı açıqlanıb
Dövlət Statistika Komitəsindən AzVision.az-a bildiriblər ki, əhalinin bir kvadratkilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Bu ilin birinci yarısında ölkədə 29 min 292 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-dən 6-ya qədər azalıb. Altı ay ərzində qeydiyyat şöbələri tərəfindən 27 min 525 nikah və 7 min 219 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.
AzVision.az