Baş prokurorun qəbul vaxtı dəyişdirilib

Baş prokurorun qəbul vaxtı dəyişdirilib
  16 Avqust 2018    Oxunub:1301
Baş prokuror Zakir Qaralovun avqustun 17-nə nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbul avqustun 24-də saat 10:00-da Saatlı rayon Prokurorluğunun inzibati binasında keçiriləcək.

Z.Qaralov həmin gün Şirvan şəhər, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayon sakinlərini qəbul edəcək.

Qeyd edək ki, Baş prokurorun vətəndaş qəbulunun əvvəlcə avqustun 17-də keçirilməsi planlaşdırılmışdı.

AzVision.az


Teqlər: Baş-prokuror  





Xəbər lenti