Sərxoş ər arvadını öldürdü, qohumunu bıçaqladı

Sərxoş ər arvadını öldürdü, qohumunu bıçaqladı
  16 Avqust 2018    Oxunub:992
Avqustun 16-da əvvəllər məhkum olunmuş Elvin Bayramov həyat yoldaşı Müşafərim Bayramovanın yaşadığı, Samux rayonunun Ziyadlı kəndindəki atasına məxsus evə gələrək münaqişə zəminində ona və qohumu Xatirə Salmanovaya bıçaqla xəsarət yetirib.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, A Nəticədə M.Bayramova ölüb, X.Salmanova isə xəstəxanaya yerləşdirilib.

Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Bayramov saxlanılıb, onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Bıçaq   Qətl  





Xəbər lenti