Fermerlərə 57,5 milyon manat subsidiya ödəniləcək
Respublika Komissiyası 28 rayon (şəhər) üzrə 247625 istehsalçıya 832490,63 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 57522199,5 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti Dövlət Aqrar İnkişaf Mərkəzlərinə göndərilib.
Beləliklə, ümumilikdə Respublika Komissiyası 2018-ci ildə 57 rayon (şəhər) üzrə 391927 istehsalçıya 1211496,64 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 83922088,8 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.
AzVision.az