Salyan sakininin evində narkotik aşkarlanıb

Salyan sakininin evində narkotik aşkarlanıb
  17 Avqust 2018    Oxunub:2146
Salyanda külli miqdarda narkotik vasitələr aşkarlanıb.
DİN-dən AzVision.az- a verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Abdullayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 160 ədəd çətənə kolu, 42 ədəd çətənə kötüyü, 7,71 qram çətənə toxumu, 4 kiloqram 895 qram marixuana və 2,058 qram tiryək aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: Salyan  





Xəbər lenti